Bakı. Trend:
Süni intellekti istifadə edən zaman diqqətli olmaq lazımdır.
Trend xəbər verir ki, bunu bugün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal məhsullarıninkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov "Gəncmüəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.
O, süni intellektdən istifadə zamanı diqqət etməli olduğumuzməqamları nəzərə çatdırıb.
"Biz ona məlumat ötürərkən diqqət etməliyik ki, məxfiməlumatlarımızı ona bildirməyək. Buna daxildir fin kodlarımız,serya nömrələrimiz və s. Eyni zamanda süni intellektin verdiyi hərməlumatı düz qəbul etmək olmaz. Mütləq onun təqdim etdiyiməlumatları yoxlamaq lazımdır.
Əlavə olaraq yönləndirmədə də elə əmrlər veməliyik ki, o biziyanlış istiqamətlərə yönləndirməsin. Çünki süni intellekt bizimrəqəmsal bələdçimizdir", - deyə o əlavə edib.