Bakı. Trend:
Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərinhərəkətinə çətinlik yarada bilər.
Trend xəbər verir bu barədəDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)məlumat yayıb.
Bildirilir ki, dağlıq və dağətəyi rayonlarda yoların buz bağlamaehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təminedilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlərgörülür.
"BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşamsaatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgərespublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıqərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktiksöhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumatverir. Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitinidüzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlərzamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik", -müraciətdə qeyd olunub.