"1996-cı ildə Namiq Məna (meyxanaçı namiq Məna - red.) anamdan icazə alıb məni Rusiyaya apardı. Sonra Namiq getdi Bakıya və mənlə bir neçə musiqiçi qaldıq orada. Namiq qayıdacaqdı və biz orada yenə konsert verəcəkdik. Namiq qəzaya düşdü, qaldım orada".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Gün ortası" verilişində deyib. Müğənni illər əvvəl başına gələn hadisədən danışıb:
"Orada bir nəfərin evində qaldım. Namiq gəldi və mən Azərbaycana qayıtdım. Namiq anama 500 dollar verib. Amma anam ona əl vurmayıb, qonşudan çörək alıb. Evdə çörək belə yox idi. Anam dedi ki, sənsiz ona əl vurmadım".\\Axşam.az