AZ

Zəlzələ effektli nitq

Son illərsə ABŞ vitse-prezidenti Ceyms Vensin Münhen təhlükəsizlik konfransında dünən etdiyi proqram xarakterli çıxış kimi açıq, siyasi tezislərlə dolu nitq olmamışdı.

Bu günə qədər bizim illərdir müxtəlif tədbirlərdə Avropalı deputatlara, mütəxəssislərə, “beyin mərkəzlərinə” dediyimizi, Vens Avropa liderlərinin gözünün içinə baxa-baxa dedi. Danladı, iç üzlərini açdı, son zamanlar demokratiyaya, əsl liberalizmə Avropanın “sol-psevdo-liberal” elitasının vurduğu zərbələri üzlərinə çırpdı. Zalda oturanlar şokda idi. Onun çıxışı 20 ildən artıq davam edən Avropanın “SSRİ-ləşməsi”ni görmək, anlamaq, etiraf etmək istəməyən elitanın iç üzünü açdı. Söz və fikir azadlığının pozulmasını, “kovid-faşizmin” gətirdiyi maneələri, seçki hüququnun pozulmasının qanunlarla pərdələnməsini açıq-açıq dedi.

Həzərat, dünyada yaranmaqda olan trend sevindiricidir, əsl demokratik təsisatların önə çıxması, “political correctness” adı altında söz və ifadə azadlığının boğulmasının qarşısının alınması sona çatmalıdır. Əsl liberal, demokratik dəyərlər önə çıxmalı, insanların fikir və düşüncəsinə görə təqib olunması mümkünsüz olmalıdır.

Dünya artıq “Qərbyönümlü”, “Rusiyayönümlü”, “Çinyönümlü” kimi ştamplardan uzaqlaşır-uzaqlaşmalıdır. 150 il bundan öncə institutlaşmağa başlayan ideoloji bölgü önə çıxır – və bu əladır. Ölkələr, siyasi partiyalar, cərəyanlar, elitalar ideoloji kimliyi ilə önə çıxıb dünyadakı yeni bölgüdə yer almağa çalışmalıdır.

Seçilən
8
vaxt.az

1Mənbələr