AZ

Yüksək Liqa: Tura yekun vurulur

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XI tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 1 matç baş tutacaq.

Yeganə qarşılaşma Gəncə İdman Sarayında keçiriləcək. Çempionatın lideri “Abşeron” “Gəncə”nin qonağı olacaq.

Görüş saat 15:00-da başlayacaq. 

Qeyd edək ki, ilk oyun günündə “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə 1:3 (23:25, 25:22, 16:25, 21:25) hesabı ilə uduzub, “Murov Az Terminal” UNEC-i məğlub edib - 3:0 (25:8, 25:5, 25:7).

Seçilən
35
fanat.az

1Mənbələr