Bu il Novruz bayramında 11 gün qeyri-iş günü olacaq.
APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.