AZ

Tanınmış siyasi şərhçi Yasin Qaraməmmədli vəfat edib

Tanınmış siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədli dünyasını dəyişib.

AzPost bildirir ki, bu barədə analoq.aza mərhumun yaxınları məlumat verib.

Yasin Qaraməmmədli uzun illər AZTV-də tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.

Gənclik illərində 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş Yasin Qaraməmmədli 1978-ci ildə dissertasiya müdafiə edərək estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlayıb.

1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.

Yasin Qaraməmmədli ADPU-nun fəlsəfə kafedrasının müdiri, dosenti kimi elmi-pedaqoji fəaliyyətini uzun illər davam etdirib. Fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edib.

Allah rəhmət etsin.

Seçilən
51
2
azpost.info

3Mənbələr