AZ

“Atletik” Xavyer Marton və Niko Serranonu icarəyə verdi

İspaniyanın “Atletik” klubu iki futbolçusunu – hücumçu Xavyer Marton və sol vingeri Niko Serranonu icarəyə verib.

Arena.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Marton “Albasete”yə, Serrano isə Xixon “Sportinq”inə icarəyə göndərilib. Onların hər ikisi cari mövsümün sonunadək icarədə olacaq. Müqavilələrdə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, onlar mövsüm bitən kimi Bilbao klubunun düşərgəsinə qayıtmalıdırlar. Belə ki, Xavyerin “Atletik”lə 2026-cı ilə, Nikonun isə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xavyer Marton “Real Sosyedad”ın yetirməsidir. 25 yaşlı ispan forvard “Pena Sport”, “Kovadonqa”, “Mirandes” kimi klublarda da çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi “Atletik”də cəmi 4 matça çıxıb, 1 qol vurub.

Niko Serrano isə “Osasuna” və “Vilyarreal” klublarının yetirməsi hesab olunur. 21 yaşlı ispan vinger peşəkar karyerasına “Atletik”də başlayıb. O, Bilbao klubunun əsas komandasında 41 oyun keçirib, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Serrano əvvəlki mövsümlərdə “Mirandes”, “Zvolle”, “Rasinq Ferrol” kimi klublarda da icarədə olub. O, İspaniyanın U-16, U-17, U-18 və U-19 yığmalarında da oynayıb.

Seçilən
5
arena.az

1Mənbələr