Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da Novruz bayramında tətil günlərinin sayı 11-ə çatdırılıb. Belə ki, martın 20-dən 30-dək tətil günləri olacaq. Bundan əlavə, Ramazan bayramı 30-31 mart tarixlərinə düşdüyünə görə, 31 mart da qeyri-iş günü olacaq. Aprelin 1-i isə rəsmi iş günü olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31