AZ

Yevlaxda ağır qəzada 4 nəfər xəsarət aldı - FOTOLAR

Fevralın 15-nə keçən gecə Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Aran qəsəbəsi ərazisində “KİA Sorento” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan şəxslər - 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi cərrahiyyə əməliyyatı olunub. Bir yaralının qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
34
2
cebheinfo.az

3Mənbələr