İlon Mask və Sam Altman arasındakı rəqabət "OpenAI" idarə heyətinin Tesla CEO-su tərəfindən idarə olunan konsorsiumun 97,4 milyard dollarlıq təklifini rədd etməsi ilə yeni mərhələyə keçib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, idarə heyətinin sədri Bret Taylo, Maskın rəqabəti pozmağa çalışdığını iddia edərək təklifin yekdilliklə rədd edildiyini bildirib.
Mask, OpenAI-nin yenidən açıq mənbəli və təhlükəsizlik mərkəzli bir gücə çevrilməli olduğunu bildirərək, bu məqsəd uğrunda çalışacağını bəyan edib.
Altman isə "X" sosial media platformasında Maska "xeyr, təşəkkürlər, amma istəsəniz Twitter-i 9,74 milyard dollara alarıq" deyə cavab verib.
Nuriyyə Musayeva