Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna reaksiya verib.
"Cebheinfo.az" xəbər verir ki, ölkəsindəki bir radioaya danışan Lula da Silva əlavə gömrük rüsumlarının heç kimə fayda verməyəcəyini müdafiə edib:
"Biz buna ticarətlə cavab verəcəyik, ya Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyik, ya da ABŞ-dən idxal etdiyimiz məhsullara vergi qoyacağıq".
Prezident seçildikdən sonra Trampla görüşmədiyini bildirən Lula da Silva, "Biz müharibə deyil, sülh istəyirik. Biz ABŞ-ni çox əhəmiyyətli bir ölkə olaraq görürük. Ümid edirəm ki, ABŞ da bizim üçün eyni cür düşünür" deyib.