AZ

Bakıda ilk medalçı Almaniya yığması olub

Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk mükafatçısı bəlli olub.

İdman.biz xəbər verir ki, Almaniya millisi bürünc medala sahib çıxıb.

Bu, yarımfinalın ilk matçında bəlli olub. Bundestim bugünkü qarşılaşmada Danimarkaya 0:3 hesabı ilə uduzur. Bu dueldə son iki görüş formal xarakter daşıyır.

Bununla da şimallılar finala vəsiqə qazanıblar. Almaniya isə 3-cü yerin sahibindən biri olub.

Digər yarımfinalda Fransa ilə İngiltərə üz-üzə gələcək. Qalib komanda Danimarkaya rəqib olacaq, məğlub yığma Bakını 3-cü yerlə tərk edəcək.

Qeyd edək ki, yekun sıralamada İspaniya 5-ci, Çexiya 6-cı, Niderland 7-ci, Azərbaycan 8-ci olub.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr