AZ

Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Beysvenqer ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin iqtisadiyyat və ticarət sahəsində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da "X" platformasında görüşlə bağlı paylaşım edib.

Nazir qeyd edib ki, tərəflər Azərbaycanla Almaniyanın regionları arasında əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını bildiriblər.

Seçilən
21
14
apa.az

10Mənbələr