Bakı, TurkicWorld
Suriyanın Hələb şəhərində minlərlə insan etiraz aksiyası keçirərək, prezident Əhməd Şəradan PKK/YPG terror təşkilatına qarşı əməliyyat keçirməyi tələb edib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Sədullah əl-Cabiri meydanında toplaşan etirazçılar "Bütün Suriya torpaqları azad edilməlidir" şüarı səsləndirərək, PKK/YPG-nin Hələb və Fərat çayının şərqindəki işğalına son qoyulmasını istəyiblər.
Onlar əllərində “Əsəd və SDQ bir medalın iki üzüdür” və “Dövlətimiz tələblərimizi yerinə yetirməsə, özümüz müdaxilə edəcəyik” yazılmış plakatlar tutublar.
Qeyd edək ki, PKK/YPG hazırda Hələbin bir hissəsinə və Fərat çayının şərqindəki ərazilərə nəzarət edir. Etirazçılar hökumətin tezliklə hərbi əməliyyatlara başlamasını gözlədiklərini bildiriblər.