AZ

Azərbaycan – Somali əlaqələri intensivləşir - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycanın uğurla ev sahibliyi etdiyi 29-cu Qlobal İqlimKonfransında qaldırdığı məsələlər və əldə olunmuş son dərəcə uğurlunəticələr bir daha göstərdi ki, dövlətimiz özünün xaricisiyasətində ümumbəşəri dəyərləri hər zaman mühüm amil kimi nəzərəalıb. Ölkə Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi,Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynayabilər və bu kimi təmasların qurulmasına hazırda daha çox ehtiyacvar.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, inkişaf etməkdə olan və yoxsulluqdan,iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsigetdikcə daha çox aktuallıq kəsb edir: “Buna nail olmağınyollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqunaparılmasından, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindənkeçir. Cari ilin fevralın 12-də Somali Federativ RespublikasınınPrezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəriçərçivəsində hər iki ölkənin dövlət başçıları arasında aparılanmüzakirələr də bu istiqamətdə atılan mühüm addım kimidəyərləndirilməlidir. Prezident İlham Əliyevin Somali Prezidentininölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da bu səfərinölkələrimiz arasında perspektivli əməkdaşlıq əlaqələrinin bundansonra daha yüksək dinamika ilə inkişaf etdiriləcəyi bir daha öztəsdiqini tapıb”.

K.Qafarov bildirib ki, Azərbaycan ilə Somali arasında imzalanmışsənədlər bu ölkənin mövcud potensialının iqtisadi inkişafayönəldilməsinə xidmət edəcək: “İlk növbədə, Prezident İlham Əliyevöz bəyanatında birmənalı şəkildə bildirdi ki, imzalanmış sənədlərikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdəqarşılıqlı iradəni aydın şəkildə nümayiş etdirir. Bakıdakırazılaşmalar iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyəqaldıracaq. Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinəsərmayə qoymağı araşdırır. Prezident İlham Əliyev qeyd etdi ki, busahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı olabilər. Eyni zamanda da vurğulandı ki, Somalinin kənd təsərrüfatındaböyük potensialı və Azərbaycanın özünü təmin edən kəndtəsərrüfatının yaradılması ilə əlaqədar hədəfləri olduğu nəzərəalınaraq, bu sahədə də kifayət qədər nəzərəçarpan əməkdaşlıq qurulabilər” .

Məqalədə:
Seçilən
24
13
az.trend.az

10Mənbələr