AZ

Avropa nəhəngi onu "Liverpul"dan oğurlamaq istəyir

PSJ yayda "Liverpul"un müdafiəçisi İbrahima Konateni heyətinə qatmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilər futbolçunu mayda 31 yaşı tamam olacaq əsas müdafiəçisi və kapitanı Markinyosun uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.

Qeyd olunur ki, Konate hazırda ölkəsinə qayıtmaq variantını araşdırır.

Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Mersisayd klubu daha əvvəl fransalıya yeni müqavilə təklif edib və bunu futbolçu özü də təsdiqləyib. Lakin o, qərarı barədə danışmaqdan imtina edib.

Seçilən
47
publika.az

1Mənbələr