Niderland bütün Avropada məişət təmizliyi, uşaq baxımı və tualetlərdə istifadə edilən tərkibində plastik olan nəm salfetləri qadağan etmək üçün addımlar atıb.
Bolgə.TV xəbər verir ki, bu barədə yerli məlumat yazıb.
Məlumatda bu salfetlərin kanalizasiya sisteminə hər il 22-55 milyon avro arasında ziyan vurduğu qeyd olunub.
Tualetə atılanda əriməyən salfetlərin borularda və kanalizasiya sistemlərində tıxanmalara səbəb olduğu, küçə və çimərliklərdə yığılmasının əlavə xərclər yaratdığı vurğulanıb.
Ölkədə bu məhsulların təkrar istifadə edilə bilən və ya kağız əsaslı alternativlərlə əvəz olunması təklif olunub.
Niderland hökuməti nəm salfetlərə qadağının bütün Avropada tətbiqini tələb edir