Bakı. Trend:
Daxili İşlər Nazirliyi tərəfindən istifadəyə verilən “E-polis”mobil tətbiqinin əsas məqsədi polis-vətəndaş münasibətlərindəsəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlüxidmətlərin təkmilləşdirilməsidir. Yəni vətəndaşlar əlavə vaxt sərfetmədən, heç bir yerə getmədən onlayn formada polisin rəqəmsallaşanxidmətlərindən istifadə edə bilərlər.
Trend xəbər verir ki, bunuDİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrusİbrahimov deyib.
O bildirib ki, mobil tətbiq özündə bir çox xidmətləribirləşdirir.
“Tətbiq vasitəsilə vətəndaşlarımız məhkumluq, nəqliyyatvasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbarisığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciət edə,həmçinin onları rəqəmsal formada əldə edə bilərlər. Bununla yanaşı“E-polis” mobil tətbiqində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi,ümumvətəndaş pasportu, arayışlar və etibarnamələr kimi bölmələr dəvətəndaşlarımızın xidmətindədir.
Vətəndaşlarımızın işini daha da rahatlaşdırmaq üçün xidmətindigər sahələri üzrə də rəqəmsallaşma prosesi nəzərdə tutulub.Polisə olan inamın göstəricilərindən biri də “E-polis” mobiltətbiqinin istifadəyə verilməsindən qısa zaman keçməsinəbaxmayaraq, indiyədək tətbiqdə qeydiyyatdan keçmiş ümumi istifadəçisayı 420 097 nəfər təşkil edib”, - deyə E.İbrahimov vurğulayıb.