AZ

İş və istirahət günlərinin yeri dəyişdirildi - Novruzda 12 gün iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilib.

Bizimshow.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq.

Ä°ki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-30 mart - şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. 

Beləliklə, 20 martdan 1 aprelə qədər qeyri-iş günləri olacaq.

Seçilən
20
bizimshow.az

1Mənbələr