AZ

Bakıda hərraca çıxarılan avtomobil ilkin qiymətindən QIRX DƏFƏ BAHA SATILDI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fevralın 13-də keçirdiyi hərracın nəticələrini açıqlayıb.

Medianews.az xəbər verir ki, hərracda ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinin balansındakı yeddi avtomobil satılıb.

Hərraca çıxarılan avtomobillərə ümumilikdə 52 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 180 manat olan “Nissan Maxima” markalı avtomobil qırx dəfəyədək baha – 7000 manata satılıb. “Nissan Maxima”nın buraxılış ili 2003-cü il olub.

Buraxılış ili 2012-ci il, hərracda ilkin qiyməti 13700 manat olan “BMW 740” markalı avtomobil 21400 manata satılıb.

Buraxılış ili 2003-cü il, ilkin hərac qiyməti 3510 manat olan “Hyundai Sonata”nın satışı 3850 manatla yekunlaşıb.

Digər dörd avtomobilin satışı hərracdakı ilkin qiymətini keçməyib. 2010-cu ilin “Hyundai Sonata” markalı avtomobili 12600 manata, 2012-ci ilin “Kia Sportage” markalı avtomobili 3960 manata, 2014-cü ilin “Lexus GX460” markalı avtomobili 42030 manata, 2019-cu ilin “FAW B30” markalı avtomobili isə 7100 manata satılıb.

Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Prezidentinin 2024-cü il yanvarın 31-də imzaladığı fərmanla ləğv edilib.

Seçilən
13
medianews.az

1Mənbələr