AZ

TFF-dən "Adana Dəmirspor"a sərt cəza: Texniki məğlubiyyət verildi, xalları silindi, cərimə olundu

Türkiyə Super Liqasının 22-ci turunda "Qalatasaray"la qarşılaşan "Adana Demispor"un cəzası bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Xəbərə görə, Adana təmsilçisinə texniki məğlubiyyət verilib. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi çempionatın autsayderinə nəinki texniki məğlubiyyət, həm də əlavə üç xalın silinməsi barədə qərar çıxarıb.

Bundan əlavə, klubun idarə heyətinin sədri Murat Sancak 13 min avro cərimə ödəməlidir. Ona həmçinin 1 aylıq uzaqlaşdırılma cəzası verliib. 

Xatırladaq ki, “aslanlar”la matçda "Adana Dəmirspor" təyin olunmuş penalti və hakimin digər mübahisəli qərarlarına etiraz olaraq 30 dəqiqədən sonra meydanı tərk etmişdi.

Türkiyə çempionatının 23 turundan sonra üç xalı olan komanda sonuncu yerdədir.
 

Seçilən
32
fanat.az

1Mənbələr