"Red Bull" komandasını təmsil edən dördqat Formula 1 çempionu Maks Ferstappen yarışın tarixində liderlik müddətini 1000 günə çatdıraraq, mütləq rekordu yeniləyib.
İdman.biz xəbər verir ki, 27 yaşlı niderlandlı pilot 2022-ci il mayın 22-də Barselonada keçirilən İspaniya Qran Prisində turnir cədvəlində birinci yerə yüksəldikdən sonra fərdi yarışda mövqeyini kimsəyə təslim etməyib.
Formula 1 pilotlarının fərdi yarışda liderliklərinə görə ən yaxşı göstəriciləri:
1. Maks Ferstappen (Red Bull) - 1000+ gün (2022-ci ildən - rekord davam edir);
2. Mixael Şumaxer (Ferrari) - 896 gün (2000-2003);
3. Mixael Şumaxer (Ferrari) - 630 gün (2003-2005);
4. Ayrton Senna (McLaren) - 581 gün (1990-1992);
5. Alberto Askari (Ferrari) - 574 gün (1952-1954);
6. Fernando Alonso (Renault) - 560 gün (2005-2006).
İdman.biz