Müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevin “Sevgililər günü” münasibəti ilə ona verdiyi hədiyyəni nümayiş edib.
OLAY yazır ki, bununla bağlı ifaçı instaqram səhifəsində paylaşım edib.
Sözügedən görüntülərdə F.Əliyevin əvvəlcə qızı Aişəyə daha sonra isə Safuraya nərgiz güllərindən ibarət çiçək dəstəsinin verməsi əks olunub.
Əlizadə yayımladığı həmin kadrlara “Sevgililər gününüz mübarək!” şərhini yazıb.
Qeyd edək ki, cütlüyün daha iki oğlan övladı var.