AZ

“Mançester Siti” – “Real” oyunu tamaşaçı rekordu müəyyənləşdirdi

UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin “Mançester Siti” – “Real” oyunu “Amazon Prime Video” paltformasında rekord qırıb.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, fevralın 11-də keçirilmiş bu oyunu canlı olaraq 4 milyondan artıq tamaşaçı izləyib.

Bu, daha əvvəlki rekordun qırılmasıdır. Əvvəlki rekord 2023-cü ilin fevralında, İngiltərə Premyer Liqasının “Arsenal” – “Mançester Siti” (1:3) oyununda qeydə alınmışdı. Həmin vaxt oyunu 3 milyondan artıq tamaşaçı izləmişdi.

Xatırladaq ki, “Real” hesabda iki dəfə geri düşdüyü oyunda geri-dönüş etməyi bacarıb və 90+2-ci dəqiqədə vurduğu qolla əzmkar qələbəsini təmin edib.

Komandalar arasında cavab oyunu fevralın 19-da Madriddə baş tutacaq.

Seçilən
36
arena.az

1Mənbələr