Gürcüstanın müxalifətyönlü “Mtavari Arkhi” telekanalı fəaliyyətini dayandırıb.
APA-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, qərar təsisçilərdən biri olan Zaza Okuaşvilinin mövqeyi ilə əsaslandırıb. Belə ki, o kanalın bütün maliyyə əməliyyatlarına qadağa qoyub.
Qeyd edək ki, bir müddət əvvəl Z. Okuaşvili teleşirkətin rəhbərliyini beynəlxalq səviyyədə milyonlarla dollar həcmində çirkli pulların yuyulmasında iştirak etməkdə günahlandırıb.