İnsanın ölüm tarixini hesablayan süni intellekt xidməti yaradılıb
İstifadəçilərin ölüm tarixini proqnozlaşdırmaq üçün süni intellektdən istifadə edən sayt internetdə populyarlıq qazanıb.
“Death Clock” adlı pulsuz proqram yaş, çəki, həyat tərzi, alkoqol istehlakı, siqaret çəkmə, pəhriz və fiziki fəaliyyət kimi vərdişlər haqqında daxil olan məlumatları təhlil edir. Tərtibatçılar iddia edir ki, ölüm yaşı dəqiq hesablanır.
Demokrat.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Proqram ailənin xəstəlik tarixi, hazırkı sağlamlığı və ya insanın psixoloji durumu kimi ömür uzunluğuna ciddi təsir göstərə biləcək mühüm amilləri nəzərə almır.
“Death Clock” istifadəçilərə təxmini ölüm tarixi ilə virtual məzar daşı yaratmaq imkanı təklif edir.
Əfsanə Kamal
Demokrat.az