Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxendə Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dialoq zamanı iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlıq potensialı, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə olunub.