"Qalatasaray"ın məşhur futbolçusu Lukas Torreyra baş məşqçi Okan Burukla bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, İnstaqramda Okan Burukla fotosunu paylaşan Torreyra "Hər zaman yanındayıq. Bu forma üçün sona qədər birlikdə mübarizə aparacağıq. Sən əlasan!", ifadələrdən istifadə edib və ona dəstəyini ifadə edib.
Qeyd edək ki, “Qalatasaray”ın “AZ Alkmaar”a 4:1 hesablı məğlubiyyətindən sonra “Qalatasaray” ictimaiyyətində baş məşqçi Okan Burukun ünvanına tənqidlər artıb.
Hüseyn Rəşadoğlu