Demokrat.az-ın məlumatına görə, o, bu gözlənilməz açıqlama ilə "X" sosial şəbəkəsində çıxış edib.
31 yaşlı bloqer uşağı beş ay əvvəl dünyaya gətirdiyini açıqlayıb.
Eşli Sent-Kler bəyanatına "Alea iacta est" ("Püşk atılıb") latın ifadəsini əlavə edib.
Eşlinin sözlərinə görə, o, uşağının şəxsi həyatını və təhlükəsizliyini qorumaq üçün bu məlumatı əvvəllər qəsdən açıqlamayıb. Lakin bloqer tabloidlərin uşağa dəyə biləcək zərəri nəzərə almadan bu məlumatı dərc etmək niyyətində olduğunu öyrəndikdən sonra, ictimai bəyanat verməyə qərar verib.
Sent-Kler media nümayəndələrinə uşağının şəxsi həyat hüququna hörmət etmək və bu mövzunu həddindən artıq işıqlandırmaqdan çəkinmək xahişi ilə müraciət edib. O, uşağına normal və təhlükəsiz uşaqlıq təmin etmək istəyini vurğulayıb.