Bir çox sağlamlıq problemlərinə yaxşı təsir edən, C vitamini ilə zəngin olan limonun tumları da faydalı imiş.
Publika.az xəbər verir ki, limonun tərkibində olan komponentlərin beyin inkişafı üçün xeyiri saysız-hesabsızdır.
Həmçinin yüksək təzyiq, arıqlama, ağrıları azaltma kimi bir çox məsələdə təsirlidir.
Limonun tumlarını atmaq əvəzinə toyuq, balıq və tərəvəz yeməklərinə əlavə edərək ədviyyat kimi istifadə edə bilərsiniz.
Həmçinin tumlardan təmizləyici vasitə kimi istifadə etmək mükündür. Sirkəyə limon tumu əlavə etməklə təbii təmizləyici vasitə hazırlamış olacaqsınız.