AZ

Baqrat: "İrəvan dəhliz və anklavları təhvil verməlidir"

"İllərdir Ermənistan rəsmiləri söyləyirdilər ki, Zəngəzur dəhlizi yoxdur, belə bir fenomen mövcud deyil və ola bilməz, amma bu gün açıq şəkildə onun təhvil verilməsindən danışırlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın müxalif hərəkatının lideri, keşiş Baqrat Qalstanyan deyib.

“Heç kim onun ​​necə təhvil veriləcəyini bilmir. Həmçinin təkcə dəhlizdən yox, həm də anklavlardan (Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri – red.) danışırlar. Artıq heç bir şəkildə gizlədə bilmirlər, çünki bunu həyata keçirmək məcburiyyətindədirlər. O insanlar 2020-ci ildən bu barədə danışırlar”, - keşiş qeyd edib.(teleqraf)

Seçilən
12
bakivaxti.az

1Mənbələr