AP xəbər verir ki, bir neçə Avropa ölkəsi gizli şəkildə Rusiya ilə “gələcək sülh sazişinin təmin edilməsinə dəstək” adı altında Ukraynaya qoşun göndərmək planı üzərində işləyir. Agentlik bildirib ki, avropalılar bu variantı təxminən bir il əvvəl nəzərdən keçirməyə başlayıblar, indi isə ABŞ prezidenti Donald Trampın onlardan tez davranıb Rusiya ilə razılığa gələcəyindən ehtiyatlanaraq hərəkətə keçiblər.
Böyük Britaniya və Fransanın müzakirələrdə ən fəal iştirakçılar olduğu bildirilir, lakin planın təfərrüatları məlum deyil.
Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib ki, Avropa İttifaqı (Aİ) plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin harada olacağını göz önünə gətirməlidirlər. Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna cəbhə xəttindəki qüvvələrini hər iki tərəfdən “bir neçə minlik” əsgərə qədər ixtisar etsələr, o zaman Avropa qoşunlarının orada yerləşdirilməsini təmin etmək “problem deyil”, amma “qızğın münaqişə” olarsa, vəziyyət daha da mürəkkəbləşəcək.
AP yazır ki, Avropa hərbi kontingentinin böyüklüyü sülh sazişinin şərtlərindən asılıdır. Ukrayna prezidenti Vladimir Zelenski təkidlə azı 100-150 min hərbçi istəyir. Mətbuatda 30-40 min hərbçi haqqında fərziyyələr var, lakin Avropa rəsmiləri bu rəqəmləri təsdiqləməyib.Agentlik hesab edir ki, Aİ "böyük miqyaslı qüvvələr toplamağa çətinlik çəkəcək və əlbəttə ki, buna vaxt da lazımdır".
Bir gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens, Rusiya münaqişəni həll etməkdən imtina edərsə, Amerika qoşunlarının Ukraynaya göndəriləcəyini demişdi. Lakin sonradan sözlərini təkzib etdi. Pentaqon ABŞ hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna edib.
Röya Əliyeva
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta