AZ

“Trampın Putinə zəngi səhv idi” - Polşalı nazir

“ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə zəng etməsi səhv addım idi”.

Bizim.Media xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Şikorski deyib.

Onun fikrincə, bu, Trampın Rusiya prezidentinin qərarlarını dəstəklədiyinin və Ukraynanın əhval-ruhiyyəsini aşağı saldığının sübutu idi.

Şikorski həmçinin bildirib ki, Avropa İttifaqı gec-tez Ukraynaya qoşun yeritməli olacaq.

Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr