AZ

Şəkidəki qəzada ölən və yaralananın kimliyi bilindi - Yenilənib

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 17 radələrində rayonun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət  işi başlanılıb, istintaq aparılır.

***

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, ölən Şəkinin Köndələn kənd sakini 1956-cı il təvəllüdlü Mustafatev Yusif Cabbar oğludur.

Xəsarət alan “Kamaz” sürücüsü 1990-cı il təvəllüdlü Balakən rayon sakini Oruc Muradov, digər xəsarət alan isə 1994-cü il təvəllüdlü Baş Göynük kənd sakini Samir Abdullayevdir.

 

Seçilən
17
17
qafqazinfo.az

10Mənbələr