AZ

Şəkidəki qəzada ölən və xəsarət alanların kimliyi BİLİNDİ

Şəki-Qax yolunda baş verən ağır qəzada ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada 68 yaşlı Köndələn kənd sakini Yusif Mustafatev ölüb.
 

Xəsarət alanlar isə 35 yaşlı Balakən rayon sakini Oruc Muradov və Baş Göynük kənd sakini 31 yaşlı Samir Abdullayevdir. Hər iki yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Qeyd edək ki, hadisə Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində baş verib. Hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.


Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr