
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Avropa ölkələrini Ukrayna üzrə sülh danışıqlarının iştirakçısı kimi görmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Kelloq bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Pinçuk Fondunun təşkil etdiyi “Ukrayna naharı”nda bildirib.
“Etmək istəmədiyimiz şey böyük bir qrup müzakirəsinə girməkdir. Biz “Minsk”i təkrar etməyəcəyik. Masa arxasında çox adam var idi və onların sülh prosesində iştirak etmək imkanları yox idi – bu, uğurlu alınmadı”, - Kelloq deyib.
Eyni zamanda, “Ukrayna naharı”nda da iştirak edən Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib ki, Avropanın danışıqlardan kənarlaşdırılması siyasi baxımdan qəbuledilməzdir.