Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.
Bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat verib.
İddia edilir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukraynadakı münaqişənin sona çatdırılması məsələsinin müzakirə ediləcəyi görüş fevralın sonuna qədər baş tuta bilər.
Mənbə: musavat.com