AZ

"Ağıllı" dronlar Bayraktar qardaşlarını - MİLYARDERƏ ÇEVİRDİ

«Forbes» jurnalı dünyanın ən varlı adamlarının – dollar milyarderlərinin ənənəvi illik siyahısını yeniləyib. 

FED.az xəbər verir ki, siyahıya növbəti dəfə türkiyəli sahibkarlar Səlcuq və Haluk Bayraktar da daxildir.

Qeyd edək ki, dünyaca məşhur pilotsuz döyüş təyyarəsi «Bayraktar»la məşhurlaşan Bayraktar qardaşlarının hər birinin sərvəti ötən il milyard dolları keçib və onlar 2024-cü ildən «Forbes»un siyahısındadırlar. 

Ötən ildən bəri onların sərvəti bir qədər də artıb. Belə ki, ötən il siyahıda Səlcuk Bayraktar 1,2 milyard dollar, Haluk Bayraktar isə 1,1 milyard dollar sərvətlə yer almışdı. Bu il onların sərvətləri xeyli artıb və siyahıda daha yüksək pilləyə qalxmağa imkan verib.

«Baykar Teknoloji» şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar sərvətini 1,8 milyard dollara çatdıraraq, Türkiyənin 15-ci ən varlı adamı olub. Şirkətin səhmlərinin 47,5%-nə sahib olan böyük qardaşı Haluk Bayraktarın sərvəti isə 1,6 milyard dollara çatıb və Türkiyədə var-dövlətinə görə 19-cu yerdə tutub.

Qeyd edək ki, “Baykar Teknoloji” müxtəlif ölkələrdə aktiv şəkildə istifadə olunan pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı sayəsində dünya şöhrəti qazanıb.

Seçilən
33
fed.az

1Mənbələr