AZ

Vaşinqtonlular şəhəri kütləvi şəkildə tərk edirlər...-NİYƏ?..

Əmlak bazarının çökməsi gözlənilir...
 
Bir neçə sosial media istifadəçisi Vaşinqtonda mənzil bazarının çökməsi ilə bağlı qorxuların olduğunu bildirib. Ərazidə satışa çıxarılan evlərin fotolarını paylaşaraq, sakinlərin əşyalarını yığaraq şəhəri kütləvi şəkildə tərk etdiklərini qeyd ediblər.
 
Moderator.az bu haqda "Mignews" nəşrinə istinadla xəbər verir.
 
Bir "X" istifadəçisi bildirib ki, son 14 gündə Vaşinqtonda 4271-dən çox ev satışa çıxarılıb. İstifadəçi “Siçovullar qaçır” deyib.
 
Başqa bir istifadəçi köçün səbəbini İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin ("DOGE") üzərinə atıb və şəhərdə və ətrafında satıldığı bildirilən 14.825 evi göstərən bir foto-şəkil paylaşıb. "Bu, bazar dəyişikliyi yox, batan gəmidən qaçan siçovullar kütləvi evakuasiya kimi bir şeydir", - istifadəçi bildirib.
 
Amerikalıların təhlükəsizliyini təmin etmək üçün siyasətlər hazırlayan bir araşdırma mərkəzi olan Təhlükəsizlik Siyasəti Mərkəzinin baş analitikinin sözlərinə görə, şəhərdə 1 milyon dollardan çox qiymətə satılan 500-dən çox evin olduğu bildirilir, bəziləri hətta səkkiz rəqəmli qiymətlə hesablanır.
 
"Grok" süni intellekt çatbotundan əmlak siyahılarında qəfil artım haqqında nə düşündüyünü soruşublar. Təchizat artımı ilə əlaqəli müxtəlif aspektləri sadalayan "Grok" belə deyib: "Federal müqavilələrin nəzərdən keçirilməsi və potensial iş itkiləri də daxil olmaqla "DOGE" tədbirləri bu nəticəyə kömək edə bilər."
 
Daha sonra deyilir: "Federal məşğulluq və evdən iş siyasətinin sonu ilə bağlı qeyri-müəyyənlik federal işçiləri köçməyə sövq edə bilər və bununla da elanların sayını artıra bilər. Bu fenomenə həm tipik bazar davranışı, həm də federal məşğulluq və hökumət siyasətindəki dəyişikliklərlə bağlı unikal vəziyyətlər təsir göstərir", - deyə chatbot yekunlaşdırıb.
 
Sultan Laçın
Seçilən
17
moderator.az

1Mənbələr