Balakəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Hadisə Balakən rayonunun İtitala kəndində baş verib.
1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub. Daha sonra isə avtomobil divara dəyib. S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Allahverdi Osmanov cinayət məsuliyyətinə cəlb edilib. O, əməlindən peşman olduğunu deyib. Bildirib ki, avtomobillə hərəkətdə olan zaman kənd arası yola dönmək istəyib. Lakin qarşıdan gələn avtomobilin sürətini nəzərə almayaraq qəza şəraiti yaradıb. O, mərhumun ailə üzvləri ilə barışdığını, şəhid qardaşı olmasını nəzərə alaraq məhkəmədən bağışlanmasını istəyib.
Mərhumun anası da A.Osmanovdan şiakyətçi olmadığnı deyib.
Məhkəmənin hökmü ilə Allahverdi Osmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Muradov
Mənbə: musavat.com