ABŞ hökumətinin Kanada mallarına 25 faiz rüsum tətbiq etməsi riski ölkənin mövcudluğu üçün təhlükədir. Bunu Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli Münhendə keçirilən konfransda çıxışı zamanı deyib.Nazir etiraf edib ki, Kanada cənub qonşusundan çox asılıdır, çünki iki ölkənin iqtisadiyyatı son dərəcə inteqrasiyalıdır.“Biz ABŞ-a çoxlu enerji, neft və qaz, gübrələr, eləcə də onların nüvə obyektləri üçün kalium, uran, su elektrik enerjisi veririk”, - kanadalı diplomat misallar çəkib.Fevralın 4-də ABŞ administrasiyasının ticarət müqaviləsi bağlamaq üçün Kanadadan mallara idxal rüsumunun tətbiqini 30 gün gecikdirdiyi bildirilib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, bu qərar Kanada ilə yekun iqtisadi razılaşma əldə edə biləcəklərini görmək üçün qəbul edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta