AZ

Turizm şirkətləri bayram qabağı qiymətləri BAHALAŞDIRDI VİDEO

Novruz və Ramazan Bayramı ilə əlaqədar ardıcıl 12 gün qeyri iş günü olacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bu səbəbdən də turizm bölgələrində rezervasiyalar başlayıb.

İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb. Tətili

bölgələrdə keçirtmək istəyənlər indidən yerləri rezerv ediblər.

Turizm şirkətinin nümayəndəsi Fariz Bəşirov deyir ki, qiymətlər ötən ilə nisbətən artıb.

Fariz Bəşirov bildirib ki, Bayramı xaricdə qeyd edmək istəyənlərin sayı da ötən illərlə müqayisədə çoxdur. Bu səbəbdən qiymətlər həm ötən ilə, həm də bu ilin adi günlərinə nisbətən artıb. Hətta vətəndaşlar istirahət üçün indidən yer rezerv ediblər.

Turizm eksperti əlavə edib ki, bəzi loukosterlərin Azərbaycandan uçuş həyata keçirməsi də xaricdə istirahətə marağı artırıb. Sözügedən qiymətlərə isə gediş-dönüş, baqaj, transfer, oteldə gecələmə və qidalanma daxildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
2
xezerxeber.az

3Mənbələr