Sea Breeze

Fevralın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib.

600-dən çox müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək mövzunun təhsil sistemi üçün əhəmiyyətindən, son dövrlərdə görülən işlərdən danışıblar. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edərək “Rəqəmsal Məktəb” platforması haqqında məlumat verib. Digər çıxışçılardan Azərkosmosun Coğrafi informasiya sistemləri departamentinin Süni intellekt bölməsinin rəhbəri Həmid Əskərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal məhsulların inkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov çıxış edərək gənc müəllimlərimizin “Süni intellektin təhsildə tətbiqi” mövzusunda maarifləndirilməsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıb.

Daha sonra tədbirin bədii hissəsinə start verilib. Belə ki Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələri “Qəlbimin səsi”, “Çardaş” və “Odlar Yurdu” əsərləri ilə bədii hissəyə rəng qatıblar.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra forumun panel müzakirəsi başlayıb. ADA Universiteti, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi İsmayıl Şahəliyev moderatoruluğu ilə AzTU, Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadə, ADA Universiteti, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin dekanı Abzetdin Adamov və ADNSU nəzdində Azərbaycan Fransız Universitetinin İT mütəxəssisi Pərviz Nəsirov “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” adlı mövzusunda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Forumun irəliləyən dəqiqələrində 2-ci panel başlayıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Sadiq Şahbazov moderatorluğu ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə, Qarabağ Universitetinin baş müəllimi, Redmenta təhsil eksperti və intruksiyonal dizayner Orxan Abdullayev və AILAB-ın vençur meneceri Şahin Abdurəhimov “Rəqəmsal resurslar və süni intellekt: Effektiv təhsil platformalarının inkişafı” adlı mövzuda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Birlik rəhbərləri tərəfindən fənn müəllimləri üçün müxtəlif otaqlarda praktik məşğələlər keçirilib. Sonda AGMA-nın fəal üzvləri təltifnamə ilə təltif ediliblər və bununla da konfrans işini yekunlaşdırıb.

ETX
ETX
ETX