AZ

Sizi kolon xərçəngindən xilas edə biləcək sadə səhər yeməyi…

..Xarici tədqiqatçılar müəyyən ediblər ki, səhər yeməyində heç bir əlavə qatqı olmadan təbii qatıq (yoqurt) yemək bağırsaq xərçəngi riskini azaltmağa kömək edir.

SİA xəbər verir ki, "The Sun"un alimlərə istinadən verdiyi məlumata görə, həftədə bir porsiya qatıq belə təhlükəli xəstəliyə tutulma riskini azaldır.

Məhsulun effektivliyi uzun müddət ərzində həftədə iki dəfə müntəzəm qatıq istehlakı ilə daha yüksək idi.

Mütəxəssislər qeyd ediblər ki, məhsulun bağırsaqlara müsbət təsiri mikrobiomda və iltihab əleyhinə təsir göstərən bifidobakteriyalarda baş verən dəyişikliklərlə bağlıdır. Mütəxəssislərə görə qatıqzərərli mikrobları aradan qaldırmağa kömək edə biləcək balanslaşdırılmış bağırsaq mikrobiomunu qorumaqla xərçəng riskini azaldır.

Tədqiqatda təxminən 150 min insanın iştirak etdiyi bildirilir.

Nazlı Almuradova

Seçilən
11
sia.az

1Mənbələr