İsrail ordusu ölkə ərazisinə pilotsuz təyyarələr buraxdığı üçün Livanın cənubunda “Hizbullah”ın hərbi hava qüvvələrinin komandirini vurub.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Əsas mövqedə olan terrorçu son bir neçə həftə ərzində İsrail və Livan arasındakı atəşkəs razılaşmasını dəfələrlə pozduqdan və pilotsuz təyyarələri İsrail ərazisinə göndərdikdən sonra hücuma məruz qalıb”, - deyə məlumatda bildirilir.
Terrorçunun vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.