AZ

Suriya XİN: Suriyanın Rusiya ilə münasibətlərinə Suriya xalqı qərar verəcək

Suriyanın Rusiya ilə münasibətlərinə yenidən baxılması məsələsinə Suriya xalqı qərar verəcək.

APA xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsad Həsən əl-Şeybani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı deyib.

O, Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi və ölkələr arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən, bunları deyib:

"Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsinə Suriya xalqı qərar verəcək. Xalqımızın bizə yaşıl işıq yandırdığını görsək , hərəkətə keçəcəyik".

Seçilən
28
4
apa.az

6Mənbələr