Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların birinci blokunun açılışına mane olub.
Referans.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə Polşanın “RMF24” radiostansiyası məlumat yayıb.
Bildirilir ki, fevralın 14-də Avropa Şurasına sədrlik edən Polşa danışıqlar blokunun açılması üçün iştirakçılara məktub layihəsi təqdim edib. Onlar Kiyevdən dövlət idarəçiliyi və qanunvericilik sahəsində islahatların həyata keçirilməsi üçün “yol xəritəsi” yaratmağı tələb edəcəkdilər.
Lakin Macarıstan hakimiyyəti sənədin göndərilməsinə veto qoyub. Budapeşt bəyan edib ki, ilk növbədə Ukrayna rəhbərliyi ölkədə yaşayan milli azlıqların nümayəndələrinin müdafiəsi üçün əlavə plan hazırlamalıdır.
Nəşrin məlumatına görə, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina hakimiyyətin Aİ-yə daxil olmaq üzrə danışıqların ilk blokunu bu ilin aprelində açmaq istəyini bəyan edib. Onun sözlərinə görə, Kiyev danışıqların daha iki blokunu iyunda, qalan üç blokunu isə 2025-ci ilin ikinci yarısında açmaq niyyətindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta