AZ

Mazda MX-5-i Porsche-yə çevirmək üçün hissələr…

Yapon tünerləri HeartBeat Mazda MX-5-i Porsche-yə bənzəyən modelə çevirmək üçün hissələr dəsti hazırlayıb.

SİA xəbər verir ki, bu barədə Carscoops məlumat yayıb. Dəstə yeni kuzov elementləri və dəyişdirilmiş işıqlandırma avadanlıqları daxildir. Bundan əlavə, avtomobil təkər qövslərinin uzantıları, kütləvi eşiklər və eksklüziv təkər diskləri alır.

Bütün hissələri fiberglasdan hazırlanmışdır. Dəstlərin qiymətləri açıqlanmır. Nəşrin məlumatına görə, onlar hər bir avtomobil modeli üçün fərdidir.

Bundan əvvəl məlum olmuşdu ki, Yaponiyanın Damd tüninq şirkəti Tokioda 1990-cı illərdə istehsal olunmuş Jeep Cherokee SUV kimi stilizə edilmiş yığcam Honda WR-V krossoverini təqdim edib.

WR-V Reverb altı yuvalı radiator barmaqlığı və düzbucaqlı fənərləri olan tamamilə yenidən işlənmiş ön panelə malikdir. Tüninq şirkəti avtomobilin yan hissələri üçün taxta imitasiya edən stikerlər də təqdim edib.

Bu dizayn klassik Ciplər üçün də xarakterik idi. Avtomobil həmçinin rənglənməmiş plastikdən hazırlanmış yeni kapot və ön bamper alıb.

Nazlı Almuradova

Seçilən
23
sia.az

1Mənbələr