AZ

Bundesliqa: Çempionla lider “sülh bağladı”, “Borussiya” uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Boxum” doğma meydanda Dortmund “Borussiya”sı üzərində inamlı qələbəyə sevinib. “Sankt Pauli” evdə “Frayburq”a, “Ştutqart” “Volfsburq”a, “Union Berlin” isə Mönhenqladbax “Borussiya”sına uduzub. Son çempion “Bayer”lə lider “Bayern” arasındakı qarşılaşmada isə qapılara qol vurulmayıb.

22-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
22-ci tur
14 fevral

Auqsburq – Leypsiq 0:0

15 fevral

Boxum – Borussiya (Dortmund) 2:0
Qollar: Masuras, 33; 35.

Sankt Pauli – Frayburq 0:1
Qol: Treu, 88-öz qapısına.

Ştutqart – Volfsburq 1:2
Qollar: Voltermade, 72 – T.Tomas, 77. Amura, 87-pen.

Union Berlin – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: A.İliç, 63-pen Ulrix, 10. Klayndienst, 26.

Bayer – Bayern 0:0

16 fevral

18:30. Verder – Hoffenhaym
20:30. Ayntraxt – Holştayn
22:30. Haydenhaym – Maynts

Seçilən
21
arena.az

1Mənbələr